• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Yaşıl iqtisadiyyat. İqtisadi fəaliyyətlərin ekoloji təsirləri" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyat. İqtisadi fəaliyyətlərin ekoloji təsirləri" mövzusunda təlim keçirilib. Oktyabrın 26-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən ekosistemlərin qorunması, resursların səmərəli istifadəsi, karbon izinin azaldılması, bərpa olunan enerji mənbələri, tullantıların idarə edilməsi barədə məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə su ehtiyatlarının mühafizəsi, dayanıqlı kənd təsərrüfatı, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişikliyi və iqtisadiyyat, yaşıl iş yerləri və iqtisadi inkişaf barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...