Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib. Oktyabrın 5-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən satış strategiyaları, müştəri bazasının formalaşdırılması, bazar araşdırmalarının aparılması və satış planlarının hazırlanması barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə satış proseslərinin optimallaşdırılması və effektiv planlaşdırma texnikaları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə korporativ sosial məsuliyyət" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...