Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Vergi planlaşdırması, Vergi yükünün optimallaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Vergi planlaşdırması, Vergi yükünün optimallaşdırılması" mövzusunda təlim keçirilib. Oktyabrın 15-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən vergi planlaşdırması strategiyaları, vergi yükünün optimallaşdırılması üsulları, vergi qanunvericiliyinin təhlili və biznes proseslərində vergi risklərinin idarə edilməsi barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə vergi öhdəliklərinin azaldılması yolları, vergiyə cəlb edilən gəlirlərin effektiv idarə olunması, vergi güzəştləri və azadolmaların tətbiqi və vergi risklərinin qiymətləndirilməsi və idarə edilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...