Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Tükənən təbii sərvətlər və yaşıl gələcək" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Tükənən təbii sərvətlər və yaşıl gələcək" mövzusunda təlim keçirilib. Noyabrın 30-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən tükənən təbii sərvətlərin növləri və qorunması, təbiət resurslarının səmərəli istifadəsi və təkrar emalı, yaşıl iqtisadiyyatın əsas prinsipləri və təbiətə uyğun inkişaf, yenilənə bilən enerji mənbələrinin təşviqi, iqlim dəyişiklikləri və təbii sərvətlərin tükənməsi, sıfır tullantı və dövri iqtisadiyyat modelləri barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə sərvətlərin qorunması üçün beynəlxalq təşəbbüslər və qanunvericilik, təbii resursların idarə edilməsi üçün innovativ texnologiyalar barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...