Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Tərəfdaşlıq müqavilələri, ortaq müəssisələr" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Tərəfdaşlıq müqavilələri, ortaq müəssisələr və biznes əlaqələrinin hüquqi aspektləri" mövzusunda təlim keçirilib. Noyabrın 28-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən tərəfdaşlıq müqavilələrinin hüquqi strukturu və şərtləri, ortaq müəssisələrin yaradılması və idarə edilməsi, tərəfdaşlar arasında hüquq və öhdəliklər, gəlir və xərclərin bölüşdürülməsi, münaqişələrin həlli və hüquqi mübahisələr, biznes əlaqələrində risklərin idarə edilməsi barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə müqavilələrin pozulması, tərəfdaşlıq müqavilələrində dəyişikliklər və yeniləmələr, beynəlxalq tərəfdaşlıq müqavilələrinin hüquqi tələbləri, ortaq müəssisələrdə hüquqi məsuliyyət və vergi məsələləri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...