Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Sosial layihələr üçün maliyyələşdirmə mənbələri" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial layihələr üçün maliyyələşdirmə mənbələri və resursların idarə edilməsi" mövzusunda təlim keçirilib. Oktyabrın 29-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən sosial layihələrin maliyyələşdirilməsi üçün müxtəlif mənbələr, o cümlədən dövlət qrantları, beynəlxalq fondlar və fərdi donorlar barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə resursların effektiv idarə edilməsi üçün planlaşdırma, monitorinq və qiymətləndirmə metodlarının əhəmiyyəti barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...