Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Sahibkarlıqda PR (ictimaiyyətlə əlaqələr)" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarlıqda PR (ictimaiyyətlə əlaqələr)" mövzusunda təlim keçirilib. Oktyabrın 9-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən PR-ın (İctimaiyyətlə Əlaqələr) biznes üçün əhəmiyyəti, sahibkarlar və yerli bizneslər üçün PR-n effektivliyi, media ilə əlaqələr, sosial media platformaları üzərindən PR kampaniyalarının təşkili, ictimaiyyətlə əlaqələrdə böhran anlarında doğru kommunikasiya metodları və məlumat yayımlanmasının düzgün idarə olunması barədə məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə PR strategiyalarının əsas elementləri, PR vasitəsilə brendin dəyərinin artırılması, hədəf auditoriya ilə etibarlı əlaqələrin qurulması və ictimaiyyət qarşısında müsbət imicin formalaşdırılması yolları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...