• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Rəqəmsal texnologiyaların köməyi ilə təqdimatların hazırlanması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal texnologiyaların köməyi ilə təqdimatların hazırlanması" mövzusunda təlim keçirilib. Noyabrın 24-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən təqdimatın məqsədinin müəyyənləşdirilməsi, məqsədə uyğun vizual və mətn tərtibatı, interaktiv elementlər və animasiyalar barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə qrafik məlumatların vizuallaşdırması, rəqəmsal alətlərdən istifadə (PowerPoint, Canva, Prezi və s.), səsli və video əlavələrdən istifadə, təqdimatın vaxt idarəetməsi və axıcılığının təmin edilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...