Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Məlumatların qorunması, şifrələmə metodları, onlayn məxfilik qaydaları" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məlumatların qorunması, şifrələmə metodları, onlayn məxfilik qaydaları" mövzusunda təlim keçirilib. Noyabrın 28-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən məlumatların qorunmasının hüquqi və texniki əsasları, şifrələmə metodları və alqoritmlər (simmetrik, asimmetrik şifrələmə), məlumatın təhlükəsizliyi üçün şifrə siyasətləri, onlayn məxfilik qaydaları və istifadəçi hüquqları, istifadəçi autentifikasiyası və identifikasiya metodları, şəxsi məlumatların qorunması və məxfiliyin təmin edilməsi barədə məlumat verilib. Eyni zamanda 37 nəfər iştirakçının olduğu təlimdə onlayn hücumlara qarşı müdafiə, rəqəmsal imzalar və sənəd təhlükəsizliyi, verilənlərin saxlanması və bulud təhlükəsizliyi, onlayn təhlükəsizlik standartları və tənzimləmələr barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...