Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Lahiyə idarəetmə. Lahiyədə iş yükü və resusların idarəedilməsi" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Lahiyə idarəetmə. Lahiyədə iş yükü və resusların idarəedilməsi" mövzusunda təlim keçirilib. Oktyabrın 27-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən iş yükünün müəyyənləşdirilməsi, resursların planlaşdırılması, tapşırıqların paylanması, komanda üzvlərinin bacarıqlarının qiymətləndirilməsi, iş yükünün izlənməsi və idarə edilməsi barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə resurs çatışmazlıqlarının aradan qaldırılması, performansın qiymətləndirilməsi, müntəzəm geribildirim və uyğunlaşma, risklərin idarə edilməsi, layihənin yekun qiymətləndirilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...