Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "İşçi hüquqları əmək müqavilələri" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İşçi hüquqları əmək müqavilələri və işəgötürənin hüquqi məsuliyyəti" mövzusunda təlim keçirilib. Noyabrın 22-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən əmək müqaviləsinin tərtib edilməsi və tərəflərin hüquq və öhdəlikləri, işçi hüquqlarının qorunması və əmək şəraitinin tənzimlənməsi, əmək haqqı, tətil və digər sosial təminatların təmin edilməsi barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə işəgötürənin hüquqi məsuliyyəti və qanuni tələblərə uyğunluq, işçinin işdən azad edilməsi və hüquqlarının qorunması, işçi ilə işəgötürən arasında mübahisələrin həlli və məhkəmə prosesləri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...