Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Davamlı inkişafda yaşıl iqtisadiyyat" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Davamlı inkişafda yaşıl iqtisadiyyat" mövzusunda təlim keçirilib. Oktyabrın 7-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən yaşıl iqtisadiyyat konsepsiyası, onun davamlı inkişafda rolu və əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə ekoloji davamlılığı təmin etmək üçün yaşıl iqtisadiyyatın əsas prinsipləri, bərpa olunan enerji mənbələri, ekoloji təmiz texnologiyaların tətbiqi və resurslardan səmərəli istifadə, yaşıl iqtisadiyyatın sosial və iqtisadi faydaları, ekosistemin qorunmasında və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında önəmli rolu barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...