Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Biznes ideyaların irəli sürülməsi və istiqamətlərin seçilməsi" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes ideyaların irəli sürülməsi və istiqamətlərin seçilməsi" mövzusunda təlim keçirilib. Noyabrın 5-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən biznes ideyalarının formalaşması üçün kreativ metodlar və müasir düşüncənin rolu barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə ideyaların real bazar tələbatına uyğunluğunu yoxlamaq üçün analiz və tədqiqat alətləri, ən perspektivli ideyaların seçilməsi və həyata keçirilməsi üçün strateji yanaşmalar və praktik addımlar barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...