• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyat və davamlı inkişaf" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyat və davamlı inkişaf" mövzusunda təlim keçirilib. Noyabrın 30-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən yaşıl iqtisadiyyatın əsas prinsipləri, davamlı inkişafın iqtisadi, sosial və ətraf mühit aspektləri, yenilənə bilən enerji və enerji səmərəliliyi, təbii sərvətlərin qorunması və təkrar emalı, karbon emissiyalarının azaldılması və ekoloji izin ölçülməsi, davamlı istehsal və istehlak modelləri, dövri iqtisadiyyat və sıfır tullantı yanaşması barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə yaşıl maliyyə və investisiya strategiyaları, davamlı kənd təsərrüfatı və ekosistem xidmətləri, dövlət siyasətləri və beynəlxalq əməkdaşlıqda yaşıl iqtisadiyyat, yaşıl iş yerləri və iş gücü inkişafı barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...