Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Xidmət Sektorunun qiymətləndirmə formaları" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Xidmət Sektorunun qiymətləndirmə formaları" mövzusunda təlim keçirilib. Noyabrın 28-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən xidmət sektorunun iqtisadi göstəriciləri və analizi, xidmətin dəyərinin müəyyənləşdirilməsi metodları, müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin qiymətləndirilməsi barədə məlumat verilib. Eyni zamanda 38 nəfər iştirakçının olduğu təlimdə qiymət strategiyalarının və gəlir modellərinin analizi, xidmət sektoru üçün SWOT analizi, iqtisadi səmərəlilik və maliyyə göstəricilərinin qiymətləndirilməsi, xidmətin bazar dəyəri və rəqabət üstünlüyü barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...