• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Xidmət sektorunda sosial şəbəkələrin effektiv istifadəsi" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Xidmət sektorunda sosial şəbəkələrin effektiv istifadəsi" mövzusunda təlim keçirilib. Noyabrın 27-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən xidmət sektorunda sosial şəbəkələrin rolu, müştəri əlaqələrinin gücləndirilməsi, müştəri rəyləri, xidmətin tanıtımı üçün vizual məzmunun istifadəsi, interaktiv və canlı yayımlar vasitəsilə əlaqə qurma barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə sosial şəbəkələrdə brend imicinin qurulması, xüsusi təkliflər və endirimlər vasitəsilə müştəri cəlbi, müştəri sorğuları və suallarına sürətli cavablar, sosial media reklamlarının xidmət sektoru üçün optimallaşdırılması, sosial şəbəkələrdə rəqabətə qarşı strategiyalar barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...