• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ünsiyyət bacarıqları" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ünsiyyət bacarıqları" mövzusunda təlim keçirilib. Noyabrın 25-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən ünsiyyətin əsas prinsipləri, effektiv dinləmənin rolu, aydın və təsirli mesaj vermə, bədən dili və qeyri-verbal ünsiyyət, emosional intellekt və empati barədə məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə qeyri-müəyyən vəziyyətlərdə ünsiyyət, konfliktlərin idarə edilməsi, ikili və qrup ünsiyyətinin effektivliyi, müqavilə və razılaşmaların aparılması, ünsiyyətin inkişafı və təkmilləşdirilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...