Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin planlaşdırılması" mövzusunda təlim keçirilib. Noyabrın 6-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən təchizat zəncirinin strategiyasının müəyyən edilməsi, tələbatın proqnozlaşdırılması, resursların səmərəli bölüşdürülməsi, proseslərin koordinasiyası, təchizatçı seçimlərinin optimallaşdırılması barədə məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə təchizat proseslərinin təhlili, təchizat mərhələlərinin ardıcıllığının müəyyən edilməsi, logistika şəbəkəsinin qurulması, resursların vaxtında təmin olunması, təchizat risklərinin qiymətləndirilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...