Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə olunmasının mahiyyəti" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə olunmasının mahiyyəti" mövzusunda təlim keçirilib. Noyabrın 6-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən təchizat zəncirinin planlaşdırılması və optimallaşdırılması, təchizatçılarla effektiv əməkdaşlıq, ehtiyatların idarə olunması və saxlanması barədə məlumat verilib. Eyni zamanda 11 nəfər iştirakçının olduğu təlimdə logistika və nəqliyyat proseslərinin tənzimlənməsi, müştəri tələblərinə uyğun təchizatın təşkil edilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...