Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial problemin həlli üçün innovativ yanaşmalar" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial problemin həlli üçün innovativ yanaşmalar" mövzusunda təlim keçirilib. Oktyabrın 29-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən sosial problemlərin həllində innovativ yanaşmaların tətbiqi, texnologiyanın və kreativ fikirlərin rolu barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə icma əsaslı həllərin, əməkdaşlıq və iştirakçılıq prinsipinin əhəmiyyəti barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...