Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media trendləri" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media trendləri" mövzusunda təlim keçirilib. Oktyabrın 16-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən sosial media trendləri, influencer marketinqin inkişaf istiqamətləri, məzmun yaratma və paylaşma yenilikləri, video və qısa məzmun formatlarının populyarlığı barədə məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə brendin autentikliyinin və şəffaflığının vacibliyi, AI və maşın öyrənməsinin sosial media strategiyalarına təsiri və auditoriya ilə real-vaxtda əlaqə qurma tendensiyaları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...