Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media strategiyaları" mövzusunda təlim keçirilib
.jpeg)
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial media strategiyaları" mövzusunda təlim keçirilib. Noyabrın 27-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən sosial media strategiyasının əsasları, hədəf auditoriyasının müəyyənləşdirilməsi, kontent planı və paylaşım tezliyi, vizual və mətn kontentinin uyğunlaşdırılması, platformalara uyğun strateji yanaşmalar barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə sosial media analitikası və performans ölçmə, istifadəçi ilə əlaqə və qarşılıqlı fəaliyyət, brendin tanıtımı və imicinin gücləndirilməsi, reklam kampaniyalarının planlaşdırılması və optimallaşdırılması, krizi idarəetmə və marka imicinin qorunması barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...