Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış prosesində vaxtın effektiv istifadəsi" mövzusunda təlim keçirilib
.jpeg)
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış prosesində vaxtın effektiv istifadəsi" mövzusunda təlim keçirilib. Noyabrın 26-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən satış psixologiyası, satış prosesində vaxtın effektiv istifadəsi, müştəri ehtiyaclarını anlama və onlara uyğun həllər təklif etmə, kommunikasiya və inandırma bacarıqları barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə emosional intellektin satışda rolu, prioritetlərin düzgün müəyyənləşdirilməsi, zaman idarəetmə texnikaları, satış hədəflərinə çatmaq üçün səmərəli planlaşdırma barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...