Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarlıqda strateji planlaşdırma" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sahibkarlıqda strateji planlaşdırma" mövzusunda təlim keçirilib. Noyabrın 25-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən strateji məqsədlərin müəyyənləşdirilməsi, bazar araşdırması və rəqabət təhlili, SWOT analizi (güclü və zəif tərəflər, imkanlar və təhdidlər), innovasiya və fərqləndirmə strategiyalarının tətbiqi barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə hədəf bazarının seçilməsi və müştəri analizi, resursların optimallaşdırılması və idarə edilməsi, strateji qərarların qəbul edilməsi və tətbiqi, risklərin qiymətləndirilməsi və idarə edilməsi, strateji dəyişikliklərə adaptasiya və uzunmüddətli inkişaf planları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...