• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal reklamların effektiv idarəsi" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal reklamların effektiv idarəsi" mövzusunda təlim keçirilib. Noyabrın 22-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən rəqəmsal reklamın strateji planlaşdırılması və hədəf auditoriya müəyyənləşdirilməsi, reklam platformalarının seçimi və optimal istifadəsi (Google Ads, Facebook Ads və s.), reklam məzmununun yaradılması və vizual tərtibatın rolu, A/B testlərinin keçirilməsi və reklam performansının ölçülməsi barədə məlumat verilib. Eyni zamanda 15 nəfər iştirakçının olduğu təlimdə büdcə idarəetməsi və xərclərin optimallaşdırılması, reklam kampaniyalarının təhlili və nəticələrin analizi (ROI, CTR, CPC və s.), sosial media və influencer marketinqinin rəqəmsal reklamla birləşdirilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...