Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal mühitdə təhlükəsizlik" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal mühitdə təhlükəsizlik" mövzusunda təlim keçirilib. Noyabrın 27-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən kibercinayətkarlığa qarşı müdafiə metodları, şəxsi məlumatların qorunması və məxfiliyin təmin edilməsi, şəbəkə təhlükəsizliyi, istifadəçi identifikasiyası və autentifikasiya metodları, zərərli proqramların qarşısının alınması, rəqəmsal kimlik və şifrələmə texnologiyalarının tətbiqi barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu verilənlərin qorunması və ehtiyat nüsxələrinin saxlanması, mobil cihazlar və bulud xidmətlərində təhlükəsizlik, rəqəmsal təhlükəsizlik siyasətləri və qaydaların yaradılması, təhlükəsizlik pozuntuları və təcili vəziyyətlərdə cavab tədbirləri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...