Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəhbərlik psixologiyası" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəhbərlik psixologiyası" mövzusunda təlim keçirilib. Noyabrın 25-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən rəhbərlik və liderlik arasındakı fərq, liderlik üslublarının təhlili, rəhbərliyin işçi motivasiyasına təsiri, komanda dinamikası və effektiv əməkdaşlıq barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə rəhbərin emosional zəka və sosial bacarıqları, qərar qəbuletmə və problem həlli bacarıqları, rəhbərin ünsiyyət və təsir göstərmə bacarıqları, münaqişələrin idarə edilməsi və həlli, rəhbərliyin dəyişikliklərə qarşı adaptasiya qabiliyyəti barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...