• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Regional ekosistem formalaşmasında marketinqin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Regional ekosistem formalaşmasında marketinqin rolu" mövzusunda təlim keçirilib. Oktyabrın 6-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən regional ekosistemin anlayışı və mahiyyəti, ekosistemin formalaşmasında əsas iştirakçılar və onların rolu (dövlət qurumları, sahibkarlar, universitetlər, qeyri-hökumət təşkilatları və s.), ekosistemin iqtisadi inkişaf və innovasiya üçün əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə regional marketinq strategiyalarının tətbiqi ilə brendinqin yaradılması, yerli bizneslərin və startapların tanıdılması, hədəf auditoriya ilə kommunikasiya qurulması və ekosistemin davamlı inkişafına töhfə vermək üçün uyğun marketinq texnologiyalarından istifadə yolları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...