• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yeni ideyaların aşkarlanması yolları" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yeni ideyaların aşkarlanması yolları" mövzusunda təlim keçirilib. Oktyabrın 15-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən yeni ideyaların aşkarlanması üçün kreativ düşüncə texnikaları, metodları və fərqli yanaşmaların istifadəsi, yaradıcı düşüncənin stimullaşdırılması, bazar tələblərinin araşdırılması və rəqəmsal alətlərdən istifadə edərək innovativ həllərin tapılması barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə innovativ fikirlərin inkişaf etdirilməsi üçün komanda işinin gücləndirilməsi, dizayn düşüncə metodları və problem həll etmə yanaşmaları, bazar araşdırmalarının aparılması və texnologiyalardan yararlanma yolları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...