Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Nəğd pul axını və idarə etmə" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Nəğd pul axını və idarə etmə" mövzusunda təlim keçirilib. Noyabrın 27-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən nəğd pul axınının əsas anlayışları, nəğd pul axınının planlaşdırılması və izlənməsi, gəlir və xərclərin düzgün qeydiyyatı, nəğd pul ehtiyatlarının optimallaşdırılması barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə nəğd pul axınının şişirdilməsi və azaldılması, dövriyyə və likvidlik arasındakı əlaqə, nəğd pul idarəetməsində risklərin idarə olunması, nəğd pul axını ilə əlaqədar maliyyə göstəricilərinin təhlili barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...