Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məhsulun satışında sosial media reklamları" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Məhsulun satışında sosial media reklamları" mövzusunda təlim keçirilib. Oktyabrın 27-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən sosial media reklamlarının əhəmiyyəti, hədəf auditoriyanın müəyyənləşdirilməsi, platforma seçimi, effektiv reklam yazıları, vizual məzmunun rolu barədə məlumat verilib. Eyni zamanda 9 nəfər iştirakçının olduğu təlimdə reklam kampaniyalarının planlaşdırılması, büdcə və resursların idarə edilməsi, reklam analitikası, müştəri ilə əlaqə, trendlər və dəyişən marketinq strategiyaları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...