Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Maliyyə planlaşdırılması" mövzusunda təlim keçirilib
.jpeg)
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Maliyyə planlaşdırılması" mövzusunda təlim keçirilib. Noyabrın 16-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən uzunmüddətli və qısamüddətli maliyyə hədəflərinin müəyyən edilməsi, büdcə hazırlanması, pul axınının idarə edilməsi və investisiya strategiyalarının tərtibi barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə maliyyə risklərinin azaldılması və davamlı inkişaf üçün effektiv planlaşdırma metodları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...