• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Lahiyə komandasının idarə edilməsi" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Lahiyə komandasının idarə edilməsi" mövzusunda təlim keçirilib. Noyabrın 26-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən layihə komandasının qurulması və strukturlaşdırılması, üzvlərin vəzifələrinin təyin edilməsi, hədəflərin və gözləntilərin aydınlaşdırılması, əlaqə və əməkdaşlıq strategiyalarının müəyyənləşdirilməsi, motivasiyanın artırılması və liderlik bacarıqları barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə komanda daxilində konfliktlərin idarə edilməsi, iştirakçıların bacarıqlarından istifadə edilməsi, komanda performansının izlənməsi və qiymətləndirilməsi, komanda daxilində qərar vermə prosesləri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...