• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kənd təsərrüfatında yaşıl iqtisadiyyat" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Kənd təsərrüfatında yaşıl iqtisadiyyat" mövzusunda təlim keçirilib. Noyabrın 26-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən yaşıl iqtisadiyyatın prinsipləri və kənd təsərrüfatına tətbiqi, təsərrüfatlarda davamlı və ekoloji cəhətdən təmiz istehsal metodları, yenilənə bilən enerji mənbələrinin istifadəsi, su və torpaq resurslarının effektiv idarə olunması, kənd təsərrüfatı tullantılarının idarə edilməsi və təkrar emalı, kənd təsərrüfatında karbon izinin azaldılması barədə məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə iqlim dəyişikliklərinə uyğunlaşma və dayanıqlı istehsal, ekoloji sertifikatlaşdırma və yaşıl məhsulların bazara təqdim edilməsi, dövlət dəstəyi və təşviqlər, yaşıl kənd təsərrüfatı siyasətləri və qlobal əməkdaşlıq barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...