Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İdeyadan biznesə keçərkən təşkilatlanma" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İdeyadan biznesə keçərkən təşkilatlanma" mövzusunda təlim keçirilib. Oktyabrın 22-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən biznes ideyasının inkişaf etdirilməsi və təhlili, başlanğıc üçün effektiv təşkilatlanma üsulları, komanda qurulması barədə məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə iş bölgüsü prinsipləri, və resursların idarə olunması ilə biznesin dayanıqlı inkişafının təmin edilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...