Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Brend patent müəllif hüquqları və ticarət nişanları" mövzusunda təlim keçirilib
.jpeg)
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Brend patent müəllif hüquqları və ticarət nişanları" mövzusunda təlim keçirilib. Noyabrın 21-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən brendin yaradılması və qorunması, patent və müəllif hüquqlarının hüquqi əsasları, ticarət nişanlarının qeydiyyatı və hüquqi müdafiəsi barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə intellektual mülkiyyətin idarə edilməsi, brendin hüquqi mühafizəsi və qanun pozuntularına qarşı tədbirlər, patent və nişanların beynəlxalq tətbiqi və mühafizəsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...