Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə təşkilatçılıq" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə təşkilatçılıq" mövzusunda təlim keçirilib. Oktyabrın 7-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən biznesdə təşkilatçılığın rolu və əhəmiyyəti, təşkilatçılıq bacarıqlarının inkişafı və onların biznesdə tətbiqi, liderlik və komanda idarəetməsi, strateji planlaşdırma və məqsəd yönümlü fəaliyyət barədə məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə maliyyə, insan resursları və vaxtın səmərəli idarə olunması, effektiv tapşırıq bölüşdürmə və nəzarət mexanizmləri, təşkilat daxilində və xaricində kommunikasiya strategiyaları, şəffaf və məhsuldar iş mühitinin yaradılması barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...