Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə risklərin idarə olunması" mövzusunda təlim keçirilib
.jpeg)
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə risklərin idarə olunması" mövzusunda təlim keçirilib. Noyabrın 16-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, qarşısının alınması strategiyaları və risklərin minimallaşdırılması üçün istifadə edilən alətlər barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə strateji qərarvermə prosesində risklərin roluna və effektiv idarəetmə planlarının hazırlanması barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...