Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə mobbinq probleminin həlli" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə mobbinq probleminin həlli" mövzusunda təlim keçirilib. Noyabrın 30-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən mobbinqin təyini və fərqləndirilməsi, mobbinq əlamətləri və işçi hüquqlarının pozulması, iş yerində mobbinqin qarşısının alınması üçün siyasət və prosedurların hazırlanması, rəhbərlik və HR departamentlərinin rolu, mobbinq hallarının araşdırılması və şikayətlərin müvafiq qaydada həlli barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə iş yerində təhlükəsiz və dəstəkləyici mühitin yaradılması, işçilər üçün psixoloji dəstək və resurslar, mobbinqlə bağlı hüquqi məsuliyyət və işəgötürənin məsuliyyəti barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...