Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə maraqlı tərəflər" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə maraqlı tərəflər" mövzusunda təlim keçirilib. Noyabrın 30-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən maraqlı tərəflərin müəyyənləşdirilməsi və təsnifatı, daxili və xarici maraqlı tərəflərin rolu, maraqlı tərəflərin tələbləri və gözləntiləri barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə müştərilər, işçilər, təchizatçılar və investorların biznesdəki əhəmiyyəti, maraqlı tərəflərlə əlaqələrin idarə edilməsi, maraqlı tərəflərin məmnuniyyətinin ölçülməsi, şirkət qərarlarının maraqlı tərəflər üzərindəki təsiri barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...