Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə liderlik və onun təsir mexanizmi" mövzusunda təlim keçirilib
.jpeg)
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə liderlik və onun təsir mexanizmi" mövzusunda təlim keçirilib. Noyabrın 23-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən liderliyin biznesdə rolu, liderlik üslublarının təsir mexanizmləri və effektiv idarəetmə üçün lazım olan əsas xüsusiyyətlər barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə liderin komanda üzvlərinə motivasiya verməsi, qərar qəbuletmə bacarıqları və strateji düşüncə texnikaları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...