Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes etikası" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznes etikası" mövzusunda təlim keçirilib. Noyabrın 25-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən etik prinsiplərin müəyyənləşdirilməsi, etik qərar qəbuletmə və şirkət mədəniyyəti, sosial məsuliyyət və davamlı inkişaf, müştəri və işçi hüquqlarının qorunması barədə məlumat verilib. Eyni zamanda 7 nəfər iştirakçının olduğu təlimdə şəffaflıq və dürüstlük, rəqabət və qeyri-qanuni praktikalardan qaçınma, qlobal biznesdə etik davranışlar, etik məsələlərin idarə edilməsi və mübahisələrin həlli, şirkət daxilində etik təlimlərin keçirilməsi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...