Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bədən dili və təqdimat bacarıqları" mövzusunda təlim keçirilib
.jpeg)
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bədən dili və təqdimat bacarıqları" mövzusunda təlim keçirilib. Noyabrın 23-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən bədən dilinin əhəmiyyəti, jest və mimikaların effektiv istifadəsi, göz təması və səs tonunun təqdimata təsiri barədə məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə auditoriya ilə ünsiyyət qurma üsulları və inandırıcı çıxış texnikaları, effektiv göz təması və dinləyicilərlə əlaqə qurma texnikaları barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...