Xəbərlər
Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bədən dili və təqdimat bacarıqları" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Bədən dili və təqdimat bacarıqları" mövzusunda təlim keçirilib. Oktyabrın 9-da təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən bədən dilinin ünsiyyətdə rolu və əhəmiyyəti, effektiv bədən dili texnikalarının istifadəsi, inandırıcı və təsirli olmaq üçün jestlər, mimikalar və göz təmasının necə düzgün istifadə ediləcəyinə dair praktiki məsləhətlər barədə məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə təqdimatın strukturunun qurulması, auditoriya ilə əlaqənin yaradılması və nitqin daha inandırıcı olması üçün müxtəlif metodlar barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xəbərlər
Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib
Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...