• Sumqayıt, Azərbaycan

    Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi 16

Xəbərlər

Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ailə biznesinin inkişaf etdirilməsi yolları" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Ailə biznesinin inkişaf etdirilməsi yolları" mövzusunda təlim keçirilib. Oktyabrın 25-də təşkil olunan təlimdə Sumqayıt KOBİM-in eksperti tərəfindən ailə bizneslərinin davamlılığının təmin edilməsi, strateji planlaşdırma və idarəetmə prinsipləri barədə məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə biznesin nəsildən-nəslə ötürülməsi, maliyyə resurslarının səmərəli istifadəsi, ailə üzvləri arasında rolların düzgün bölüşdürülməsi və peşəkar idarəetmə sistemlərinin qurulması kimi əsas strategiyalar barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Uğurlu satış fəaliyyətin təşkilində nəzarətetmənin rolu" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən "Satış fəaliyyətlərinin planlaşdırılması" mövzusunda təlim keçirilib

Sumqayıt KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...