• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sumqayıt, Azərbaycan

    Sülh küçəsi, 26

Məsləhət xidmətləri

Hər hansı bir fərdi sahibkar, şirkət rəhbərliyi və idarəetmə heyəti biznesin fəaliyyəti zamanı yaranan bütün suallara hər zaman müstəqil və düzgün cavab tapa bilmir. Peşəkar məsləhətlər rəhbərliyə istehsalın səmərəliliyini və xidmətlərin keyfiyyətini yüksəltməyə, biznes fəaliyyətini daha da genişləndirməyə, biznesi yeni səviyyəyə gətirməyə, durğunluq və böhranla mübarizə aparmağa, biznesə yeni gözlə baxmağa və s. kömək edir.

Biz bizneslərinin optimallaşdırılmasında maraqlı olan KOB-lara onların fəaliyyətlərinin bütün mərhələlərində yüksək peşəkarlıqla məsləhət (konsaltinq) xidmətlərini təklif edirik. Məsləhət xidmətləri KOB-ların biznes fəaliyyətlərinin təhlili, inkişaf perspektivlərinin əsası, fəaliyyət sahələri və bizneslərinin xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi innovasiyaların tətbiqindən ibarətdir. Bizim məsləhət yönümümüz kifayət qədər genişdir.  

Məsləhət xidmətləri həm biznesin inkişafı, həmdə müxtəlif istiqamətlərdə sahibkarların fəaliyyəti zamanı yarana biləcək istiqamətlərdə təşkil olunacaq sessiyalar vasitəsilə həyata keçirilir. Burada, məsələn, kənd təsərrüfatı sahəsində meyvəçilik, bitkiçilik, toxumçuluq üzrə aqronom, biotexnik və qida mühəndislərinin cəlb olunması ilə sahələrdə təşkil edilir. Yeni brendin yaradılması zamanı marketinq, brendinq, satış və korparativ hüquq üzrə məsləhət xidmətləri təşkli olunaraq biznesin yaradılmasına dəstək göstərilir. 

Sumqayıt KOB İnkişaf Mərkəzi olaraq mikro, kiçik və orta biznes subyektlərinə aşağıdakı istiqamətlər üzrə məsləhət xidmətləri həyata keçiririk:

  • Biznes planın hazırlanması
  • Qeyri-maliyyәçilәr üçün maliyyә vә onun idarә edilmәsi
  • Satış vә marketinq
  • Korporativ hüquq
  • Turizm
  • Biznes tәrәfdaşlığı
  • Sosial layihәlәr, dövlәt proqramları ilә iş
  • Kənd təsərrüfatı (bitkiçilik, aqrotexniki)
  • İnsan resusrlarının idarə edilməsi 
  • KOB subyektlərinin ehtiyaclarının dəyərləndirilməsi
  • Satınalmalar və tenderlərə müraciət
  • İxrac
  • Satış kanallarına çıxış 
  • Vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron sənəd mübadiləsi qaydaları