• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sumqayıt, Azərbaycan

    Sülh küçəsi, 26

Xəbərlər

Sumqayıt KOBİM tərəfindən gənclər üçün təlim

 

Mayın 5-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkar düşüncə tərzinin təşviqi məqsədilə gənclərə “Özünü kəşf et” mövzusunda təlim keçirilmişdir. Belə ki, təlimdə 10-a yaxın şəxsi inkişafa meyilli gənc iştirak etmişdir. İştirakçılar arasında startap tipli ideyası olan gənclər üstünlük təşkil edirdi.  Təlimdə mərkəzin eksperti, “Universitas İnternational” MMC-nin direktoru Araz Paşayev gənclərlə həmsöhbət olmuşdur. Təlim zamanı gənclərə fərdi yanaşılmış, onların ideyaları dinlənilmişdir. Biznes sahəsində müxtəlif xarici və yerli layihələrdə uğur qazanmış Araz Paşayev gənclərlə onların ideyalarının dünyada olan analoqları barəsində təcrübə mübadiləsi aparmışdır. Eyni zamanda təlimçi-ekspert tərəfindən ölkəmizdə gənclər üçün dövlət tərəfindən yaradılmış  imkanlar haqqında ətraflı məlumat vermişdir. 
Sumqayıt KOBİM tərəfindən belə təlimlər mütəmadi olaraq təşkil ediləcək. Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər sahibkarlıq fəaliyyəti üçün zəruri təlim-tədris xidmətləri üçün Sumqayıt KOBİM-ə müraciət edə bilərlər.
 

Xəbərlər

İyunun 28-də Sumqayıt KOBİM tərəfindən “Brendləşmə ...

Sumqayıt KOBİM tərəfindən onlayn təlim keçirilib İyunun 28-də Sumqayıt KOBİM tərəfindən ...

.

Xəbərlər

İyunun 26-da Sumqayıt KOB İnkişaf Mərkəzi ...

Sumqayıt KOBİM tərəfindən onlayn təlim keçirilib İyunun 26-da Sumqayıt KOB İnkişaf ...

.