• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sumqayıt, Azərbaycan

    Sülh küçəsi, 26

Xəbərlər

Sumqayıt KOBİM-in təşkilatçılığı ilə “Maliyyə mənbələrinə çıxış” mövzusunda onlayn təlim keçirilib

Aprelin 12-də Sumqayıt KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı” mövzuzunda onlayn təlim keçirilib.  Təlimin auditoriyası müxtəlif sektorlara mənsub KOB subyektləri və sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclərdən ibarət idi.  

Təlim zamanı mikro, kiçik və orta biznesi maraqlandıran maliyyə mənbələri, mövcud maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib, praktiki misallar gətirilib.  

Xüsusən burada mikromaliyyə təşkilatlarından, ortaqlıq yolu maliyyə cəlbindən, kommendant ortaqlıqdan, öz vəsaitinin aşkarlanmasından, borc cəlbindən, lizinq yolu xərclərə qənaətdən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müxtəlif dəstək mexanizmlərindən (KOB-ların daxili bazar araşdırmalarına, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi və s.), İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən, françayzinq alətindən, iri şirkətlərə təkliflərin verilməsindən danışılıb. Eyni zamanda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

İyunun 28-də Sumqayıt KOBİM tərəfindən “Brendləşmə ...

Sumqayıt KOBİM tərəfindən onlayn təlim keçirilib İyunun 28-də Sumqayıt KOBİM tərəfindən ...

.

Xəbərlər

İyunun 26-da Sumqayıt KOB İnkişaf Mərkəzi ...

Sumqayıt KOBİM tərəfindən onlayn təlim keçirilib İyunun 26-da Sumqayıt KOB İnkişaf ...

.