• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sumqayıt, Azərbaycan

    Sülh küçəsi, 26

Xəbərlər

"ISO 22000: Qida təhlükəsizliyi idarəetmə sistemi" ilə bağlı təlim keçiriləcək.

“ISO 22000” - qida zəncirindəki təşkilatların qidanın istehlakı zamanı təhlükəsiz olmasını və qida təhlükəsizliyinə olan təhdidlərə nəzarət etməsi üçün lazımi şərtləri əhatə edən idarəetmə sistemi standartıdır. 1 sentyabr 2005-ci il tarixində Beynəlxalq Standart Təşkilatı (ISO) tərəfindən təsdiq olunmuş “ISO 22000: 2005” standartı qida təhlükəsizliyi sahəsində idarəetməyə dair ilk beynəlxalq standartdır.

 

“ISO 22000” sertifikatı müvafiq sahədə fəaliyyət göstərən şirkətlərə bir sıra vacib üstünlüklər qazandırır. Belə ki, müvafiq sertifikat istehsalın hər mərhələsində risklərin minimuma endirilməsi, ola biləcək risklərin qarşısının əvvəlcədən alınması, nəticədə istehsal xərclərinin azalması, istehlakçıların qidadan qaynaqlanan sağlamlıq problemlərinin qarşısı alınması, istehsal, təchizat, nəqliyyat və s. mərhələlərin iştirakçıları arasında güclü rabitənin qurulması, daha yaxşı stok nəzarətinin həyata keçirilməsi, resursların israfının minimuma endirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda “ISO 22000” standartına sahib olan şirkətin beynəlxalq aləmdə rəqabət etməsi daha asan olur, şirkətin istehsal etdiyi məhsullara inam artır.

 

Qida sektorunda fəaliyyət göstərən və bu sahədə yeni fəaliyyətə başlayan kiçik və orta müəssisələrin artım dinamikası, eləcə də KOB subyektlərinin müvafiq təlimə olan ehtiyacı nəzərə alınaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişafı Mərkəzi tərəfindən "ISO 22000: Qida təhlükəsizliyi idarəetmə sistemi"nə dair onlayn təlim keçiriləcək. Fevralın 25-də, saat 15.00-da təşkil olunacaq təlimdə qida sektorunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri, qida sahəsində sertifikatlaşma ilə maraqlanan şəxslər, eləcə də müvafiq sahədə çalışan dövlət və özəl qurumların əməkdaşları iştirak edə bilərlər. Təlim müvafiq sahədə geniş təcrübəyə malik olan Türkiyənin “PGM Project Inspection Engineering & Quality Control Services” şirkətinin eksperti, beynəlxalq sertifikata malik Arzu Yağcı tərəfindən həyata keçiriləcək.

 

Onlayn təlimə aşağıdakı link vasitəsilə qoşulmaq olar:

https://zoom.us/j/95144835728?pwd=Qm5TNWFaRmUxdFQ5emg0bVVNVklnQT09

İD: 951 4483 5728

Şifrə: 212910

Xəbərlər

İyunun 28-də Sumqayıt KOBİM tərəfindən “Brendləşmə ...

Sumqayıt KOBİM tərəfindən onlayn təlim keçirilib İyunun 28-də Sumqayıt KOBİM tərəfindən ...

.

Xəbərlər

İyunun 26-da Sumqayıt KOB İnkişaf Mərkəzi ...

Sumqayıt KOBİM tərəfindən onlayn təlim keçirilib İyunun 26-da Sumqayıt KOB İnkişaf ...

.