• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Sumqayıt, Azərbaycan

    Sülh küçəsi, 26

Lorem

Haqqımızda

Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir.

Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində yerləşən 4 KOB inkişaf mərkəzi fəaliyyət göstərir.

Bakı KOB İnkişaf Mərkəzi Bakı şəhəri, Sumqayıt KOB İnkişaf Mərkəzi Abşeron iqtisadi rayonu, Xaçmaz KOB İnkişaf Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonu, Yevlax KOB İnkişaf Mərkəzi isə Aran iqtisadi rayonu və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə xidmət edir.

KOB inkişaf mərkəzlərində aşağıdakı istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək təmin olunur:

- Biznesin planlaşdırılması

- Marketinq

- Bazar araşdırması

- Satış

- Biznes sahəsində qanunvericilik

- Maliyyənin idarə olunması

- İnsan resurslarının idarə edilməsi və s.

Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək göstərilir, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçirilir.

KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.

Məqsədimiz

KOB nümayəndələrini bütün sahələrdə maarifləndirmək, onların biznes ideyalarını biznes plana çevirmək və bunun üçün müvafiq maliyyə resurslarına çıxışı təmin etmək, müvafiq maliyyəni cəlb etmək, layihələrin effektiv və səmərəli icrasını təşkil etmək, layihələrin keyfiyyət monitorinqini aparmaq və hesabatlar vermək, müvafiq dövlət strukturları ilə əlaqəni qurmaq, sahibkarlığın inkişafında mövcud olan maneələri aradan qaldırmaq, sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq, bu sahənin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirməkdir.

Missiyamız

Kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan şəxsləri təlim, məsləhət və texniki dəstək xidmətləri ilə təmin etmək, biznes təşəbbüsləri olan, yeni fəaliyyətə başlamaq istəyən, yeni fəaliyyətə başlayan sahibkarları dəstəkləmək, bu sahədə sosial mühitin yaxşılaşdırılması istiqamətində işlər aparmaq, KOB sektorunun davamlı inkişafına nail olmaqdır.

Lorem Ipsum

Fəaliyyət İstiqamətləri

KOB nümayəndələrini bütün sahələrdə maarifləndirmək, onların biznes ideyalarını biznes plana çevirmək və bunun üçün müvafiq maliyyə resurslarına çıxışı təmin etmək, müvafiq maliyyəni cəlb etmək, layihələrin effektiv və səmərəli icrasını təşkil etmək, layihələrin keyfiyyət monitorinqini aparmaq və hesabatlar vermək, müvafiq dövlət strukturları ilə əlaqəni qurmaq, sahibkarlığın inkişafında mövcud olan maneələri aradan qaldırmaq, sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq, bu sahənin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirməkdir.

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk